architectureinteriorspressnewsprofilecontact

PLS design Florensiyada yerləşən beynəlxalq memarlıq studiyasıdır. O, Lino Losanno və Lorenzo Perini adlı memarların əməkdaşlığı nəticəsində 2002-ci ildə yaradılmışdır.

Lino Lossano memarlığı Neapolda öyrənmişdir. O, təhsilini Fransada, Fontenblo şəhərindəki Écoles d'Art Américaines, eləcədə ABŞ-ın Nyu-York şəhərindəki Pratt Institutunda davam etdirmiş, orada bir neçə il yaşayaraq, memarlıq və dizayn ilə məşğul olan müxtəlif şirkətlərlə əməkdaşlıq etmişdir.

Lorenzo Perini memarlığı Florensiyada öyrənmişdir. Daha sonra o, Londona köçmüş və bir neçə layihədə memar Nigel Coates ilə əməkdaşlıq etmişdir.

1996 – 2002-ci illərdə Lino və Lorenzo Nardi Associates-də tərəfdaş olmuş və orada Dolce&Gabbana, Valentino, Ferré, Malo, Nannini və Iceberg şirkətlərində pərakəndə satış sahəsi üzrə , eləcə də ABŞ v Orta Şərq üzrə memarlıq sektoruna cavabdeh olmuşlar.

2002-ci ildən etibarən PLS design interyer dizaynı, memarlıq və restavrasiya üzrə beynəlxalq layihələrdə iştirak edir.

Andrea Azzanesi, Livia Ballan, Cristian Ballini, Anton Biliavskyi, Lorenzo Cecchi, Alessandro Cecchini, Nancy Disk, Fabio Gabellini, Riccardo Martini, Maria Silvia Mascia, Lorenzo Montefiore, Luca Poiani, Rando Profnasta, Tommaso Rotini, Michela Sardelli, Mauro Strozzieri, Jaehyun Yoon, Mario Venneri dizayner komandasına daxildirlər.